Prezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar PartiyasBaş nazir Əli Əsədov sənaye məhəllələri ilə bağlı yeni qərar imzalayıb
Nazirlər Kabineti 13 may 2015-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulacaq.
İdarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəmək vəzifəsi barədə 2 iş günü müddətində ərizəçiyə şifahi və yaxud yazılı formada məlumat verir. Ərizəçi məlumat alındığı tarixdən 5 iş günü müddətində sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumunu ödəyir və ödənişi təsdiq edən sənədi idarəedici təşkilata təqdim edir.
Ərizəçi dövlət rüsumu ödənilməsi faktını təsdiqləyən sənədi təqdim etdikdən sonra sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsi 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim olunur və ya sifarişli poçtla göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd bu Əsasnamənin 8.6-1-ci bəndində nəzərdə tutulan müddətdə təqdim olunmadıqda idarəedici təşkilat sənaye məhəlləsinin rezidentinin qeydiyyat şəhadətnaməsini ləğv edir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə göndərir.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
DAHİ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEVƏ OLAN SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – YAHYAYEV MAHİR RƏHİM OĞLU
-
Baş nazir Əli Əsədov sənaye məhəllələri ilə bağlı yeni qərar imzalayıb
-
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
-
Türkiyədən gələn nümayəndə heyəti Hikmət Hacıyevlə görüşüb
-
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
-
Prezident İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi olub

