
Milli Məclisdə ictimai birliklər və partiyalara dair ictimai müzakirələr keçiriləcək
Milli Məclisdə ictimai birliklərin və siyasi partiyaların mövcud durumu ilə bağlı ictimai müzakirələr keçAzərbaycanın mina problemi beynəlxalq simpoziumda müzakirə olunub – FOTO
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi Xorvatiyanın Tsavtat şəhərində keçirilən Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə 20-ci Beynəlxalq Simpoziumda müzakirə olunub.
Bununla bağlı Oxu.Az-a Azərbaycan Minatəmizləmə Agentliyindən məlumat verilib.
Qeyd edilib ki, beynəlxalq tədbirdə Xorvatiyanın bir sıra dövlət rəsmiləri, müxtəlif ölkələrin minatəmizləmə qurumları, bu sahədə ixtisaslaşmış qeyri-hökumət və donor təşkilatların nümayəndələri, habelə istehsalçı şirkətlərin təmsilçiləri iştirak edib.
Sözügedən simpozium çərçivəsində mina təhlükəsi mövzusunda texniki və idarəetmə problemlərinin həlli yolları, ən son elmi-praktiki nailiyyətlər və minalarla mübarizəyə dair təcrübə mübadilələri aparılıb, o cümlədən, müxtəlif şirkətlər tərəfindən istehsal olunan avadanlıqlar nümayiş olunub.
Agentliyin nümayəndə heyətinin üzvləri tədbirdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud mina və partlamamış hərbi sursat problemi, partlayıcı qurğularla kütləvi şəkildə çirklənmənin miqyası, mövcud problemin bərpa-quruculuq işlərinə, eləcə də keçmiş məcburi köçkünlərin qayıdışına yaratdığı maneələr barədə təqdimatla çıxış edərək, bu sahədə beynəlxalq əməkdaşlığın və dəstəyin vacibliyinə toxunublar.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
-
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
-
ŞAHİN HƏSƏNQULU OĞLU ABBASOV : FƏDAKAR XİDMƏTİN PARLAQ NÜMUNƏSİ
-
BİZ HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – BAHADUR MÜƏLLİM
-
Prezidentin Protokol Xidməti üçün vahid indeks müəyyənləşib
-
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar: Tarixi Əbu-Dabi görüşü – TƏHLİL