gundemkocaeli.net
QƏHRƏMAN QARABAĞ DÖYÜŞÇÜSÜ – VƏLİYEV İSGƏNDƏR XANLAR OĞLU » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
Prezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”

Prezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyas
Ana Sayfa Cəmiyyət, Gündəm 27.06.2025 38 Görüntüleme

QƏHRƏMAN QARABAĞ DÖYÜŞÇÜSÜ – VƏLİYEV İSGƏNDƏR XANLAR OĞLU

Həm birinci, həm də ikinci Qarabağ müharibəsi Azərbaycan xalqının necə döyüşkən, mübariz, qəhrəman xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. l Qarabağ savaşçında xarici havadarlarının köməyilə erməni faşistləri torpaqlarımızın 20 faizə qədərini işğal etsələr də, ll Qarabağ savaşında qəhrəman Azərbaycan Ordusu Ali Baş Komandanın başçılığı altında ərazi bütövlüyümüzü böyük ölçüdə təmin etdi. Az sonra aparılan Antiterror əməliyyatları çərçivəsində isə itirilən torpaqlarımız tam şəkildə geri qaytarıldı. Zəfər Tarixinin Qəhrəmanları” layihəsinə uyğun olaraq, növbəti qəhrəmanımızın döyüş yolunu sizlərə təqdim edirik. 1-ci  Qarabağ müharibəsində qəhrəmanlığı, cəsurluğu ilə ad çıxardan, erməni vəhşilərinə qan udduran Azərbaycan oğullarından biri də əslən Goranboy  rayonundan olan Xanlar oğlu İsgəndər Vəliyevdir .

Vəliyev İsgəndər Xanlar oğlu 1976-cı ildə Goranboy rayon Muzdurlar kəndində anadan olub . 1991-ci ildə orta məktəbin 8 ci sinifini bitirib . Elə həmin il Bakı Bədən Tərbiyəsi texnikomuna qəbul olub . 1992-ci ilin əvvəllərindən təhsilini yarımçıq qoyub Goranboy rayonuna qayıdıb. Bir müddət sonra Goranboy İkinci Ərazi Özünü Müdafiə Batayonuna könüllü olaraq yazılır. Vətənin hər qarış torpaqlarını qorumaq üçün bütün döyüşlərdə düşmənə qarşı mərdliklə vuruşub . Sərsəngi Su anbarında gedən döyüşdə  yaralanıb . Hal – hazırda Müharibə Veteranıdır . Ordudan qayıdandan sonra Goranboy rayon Muzdurlar kənd Tam orta məktəbində 7 il Bədən tərbiyə müəllimi işləyib . Səhhətində problem olduğuna görə işini davam etdirə bilməyib . Təqaüdçüdür , Pensiya alır. 2-ci Qarabağ müharibəsində Orduya köməklik edibdir və buna görə də  mükafatla təltif olunub. Həmçinin  çoxlu sayda mükafatları var . TƏRİFNAMƏLƏR ,FƏXRİ FƏRMANLAR , ORDEN VƏ MEDALLAR , MÜHARİBƏ İŞTİRAKÇISI MEDALI , AMİK- in MEDALI VAR . ” MÜHARİBƏ VETERANLARI İCTİMAİ BİRLİYİ ” – nin ÜZVÜDÜR .

 

QEYD EDİM Kİ : 1992 -ci ildə İsgəndər Vəliyev az yaşlı olduğuna görə onu hərbi xidmətə qəbul etməyiblər. Lakin buna baxmayaraq İsgəndər öz istəyi ilə vətənin müdafiəsinə könüllü olaraq iştirak etməsini təkid edir . Nəhayət ki onu ordu sıralarına qəbul ediblər . İlk döyüşü Ağdərə rayonu istiqamətindən olub. İsgəndərin 15 yaşı var idi .

İSGƏNDƏR DÖYÜŞ YOLU HAQQINDA XATİRƏLƏRİ  :

İlk döyüşü Maqavuzdan başlayıb. Sonra Akopkamari , Madagiz , Karyeri , Ağdərə bölğəsi , ardınca Drambom , Sərsəngi su Ağcakənd , Gülüstan kəndi ,Buzluq , Mənəş , Sərsəngi su anbarı və s.. Bütün bu döyüşlərdə fəal iştirak edib. İgid oğullarımız düşmənə ən ağır zərbəni vurublar Karyerdə Sözün əsil mənasında .Erməninin anasını ağlatmışdıq . Demək olar ki , Goranboy batalyonu heç kəsin edə bilmədiyi qəhrəmanlığı edirdi . Sərsəngehdə Pskovun desantnı voyskasıyla qarşılaşmışdıq , Rus ordusunun desantnı voyskasıyla ağır döyüş oldu onlara layiqli cavab vermişdik . Goranboy rayon ərazisində erməni faşistlərinin olduğu bütün kəndləri , qəsəbələri hamsını azad etmişik. Tankın üzərində fəal iştiraklarım olub , BMP -lərdə fəal iştirakım olub , günlərlə yatmamışıq , daim ayıq sayıq olmuşuq.

Fəxrlə deyə bilərəm ki , bütün döyüşçü yoldaşlarım hamsı mərdliklə , qəhrəmancasına vətənimizi qorumuşuq . Heç bir döyüşdə geri çəkilməmişik . Bugün də vətənin müdafiəsi mənim üçün namus , qeyrət , ləyaqət , şərəf məsələsidir . Vətən üçün canımdan , qanımdan keçməyə həmişə hazır olmuşam , sevərək şəhidlik şərbətini içməyə indidə hazıram . Vətənin Ərazi Bütövlüyü hər bir azərbaycan vətəndaşı üçün müqəddəsdir . Vətəni Sevmək , qoruyub saxlamaq hər birimizin borcudur!

Sonuncu döyüşüm Sərsəngi su anbarı deyilən yerdə oldu . Ağır döyüş idi . Döyüşdə erməni faşistlərinə layiqli cavab verdik , darmadağın etdik . Bu döyüşdə mən ağır yaralandım . Hal-hazırda bədənimdə qəlpələr durur. Bugündə Abbassəhət Xəstəxanasında müalicə alıram . Hər il xəstəliyimlə əlaqədar müalicə alıram . Bu yaxınlarda Ağcakəndin azad edilməsi günü idi. Döyüş yoldaşlarım ilə yığılmışdıq qələbəmizi qeyd edirdik , demək olar ki hamsı orda idi. Təxminən 200 nəfərə yaxın idik . Komandirimiz də yanımızda idi. Həmin vaxtdan 33 ildən çox vaxt keçib. Onların indi 60-dan çox 70 -ə qədər yaşları var , mənimdə 48 yaşım var . O vaxt çox gənc olduğuma görə mənə ” Malış ” ləqəbi ilə çağırırdılar. Keçirdiyimiz döyüşlərdə çevik olduğum üçün hərdən ” Şah İsmayıl” deyə də çağırırdılar. Misal üçün Sərvan var idi Qaradağlıdan onun o vaxt 56 yaşı var idi . Yəni onlar məndən çox böyük idilər və ona görə mən Malış deyə çağırırdılar . Ümumiyyətlə ən azyaşlı 3 nəfər olmuşuq . Rahib var idi Yevlaxdan oda güclü döyüşürdü . Belə yəni .

Sual : Nə çətinliyin var bügünkü gündə ?

Mən ilk öncə cənab prezident İlham Əliyevə təşəkkür edirəm . Daim bizlərə öz diqqət və qayğısını göstərir . Heç bir çətinliyim yoxdu . Özüm də YAP -ın üzvüyəm. Hardasa 2009 cu ildən Yeni Azərbaycan Partiyasının vəsiqəsini daşıyıram . Partiya sıralarına könüllü olaraq özüm yazılmışam. Dövlət mənə bütün köməklikləri edir və çətinliyim yoxdu , hər şeydən razıyam .

İndidə burda Abbassəhət xəstəxanasındayam müalicə alıram . Ağrılarım olur , dəmirlər var bədənimdə , kəllə beyin travmam olubdur , elə onunla bağlı narahatçılığım olduğu üçün burda yatıram . Nervopataloğiya və Terapiya şöbəsində müalicəm davam edir . Burda mənə və bütün xəstələrə yüksək qayğı göstərilir . Vaxtı – vaxtında nə lazımdı hər bir qulluq göstərilir . Mən təşəkkür etmək istəyirəm Nervopataloq Raqif həkimə , Rahilə həkimə və Aysel həkimə xüsusi minnətdaram . Onuda deyim səhhətimdə boğulma , sıxılma halları da olur . Rahilə həkimə yenə dərin təşəkkürümü bildirirəm mənim üzərimdə nəzərini çəkmir . Aysel həkimi xüsusi qeyd etmək istəyirəm onu burda hamı sevir. Burda müalicə alan hər kəsin adından minnətdalığımız bildiririk . Bir söz deyim ki , Aysel həkim çox gözəl insandır və onun kimi şöbə müdiri yoxdu . O qazilərə , veteranlara göstərdiyi diqqət və qayğıya görə əvəzolunmaz həkimdir. Mən deyim ki , nə əmimqızı deyil , nə qohumum deyil , sadəcə insan kimi olaraq bir Hipokrat andına sadiq həkim kimi tayı bərabəri yoxdu . Deyim ki Raqif həkim həmdə Döyüş yoldaşımızdır. Hər döyüşə gedəndə Raqif həkim döyüşlərin hamsında iştirak edib . Oğlu da 2 – ci Qarabağ müharibəsi iştirakçısıdır və müharibə veteranıdır. Allah qorusun hər ikisinidə. Fəxrimizdir!

 

Hörmətli Oxucularımız

İsgəndər Vəliyev haqqında ” KARABAX V LİTSAX ” adlı jurnalda geniş məqalə yazılmışdır . 1992 ci ildə Vilnusdan Tatyana Çaladze adlı Hərbi müxbir Azərbaycana gəlmişdi. Qarabağda gedən müharibəni və Xocalı soyqırımı haqqında ” KARABAX V LİTSAX ” jurnal dərc etdirmişdir . Həmən jurnalda İsgəndər Vəliyev barədə yazı getmişdir . Bugün məndə Şəhidlik Uğrunda redaksiyanın rəhbəri olaraq özümə mənəvi borc bildim ki belə bir Qəhrəmanımız haqqında sizlərə məlumat verim .

FOTOLAR:

 :

 

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Tema Tasarım | Osgaka.com