
DİN işğaldan azad olunan bölgələrdə çalışanlara müraciət edib
Böyük Qayıdış proqramının sürətlə reallaşması və işğaldan azad olunan bölgələrin təhlükəsiz vəziyyətə gətYuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandırılacaq – SƏRƏNCAM
Prezident İlham Əliyev “Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Marja xəbər verir ki, Sərəncamda deyilir: “Ölkəmizin ən böyük magistral suvarma kanalı
olan Yuxarı Qarabağ kanalı Qarabağ zonası və ona yaxın ərazilərdə yerləşən 9 rayonun 115 min hektaradək əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir, habelə Araz çayı üzərindəki Bəhrəmtəpə hidroqovşağına əlavə su ötürməklə müvafiq əkin sahələrinin su təminatına dəstək verir.
Son dövr qlobal iqlim dəyişmələrinin təsirlərinin artdığı şəraitdə məhdud su ehtiyatlarına malik ölkəmizdə su təminatının mühüm həlqələrindən olan Yuxarı Qarabağ suvarma kanalında yüksək su itkilərinin qarşısının alınması, suvarma suyu ilə təminatda yaranan çatışmazlıqların aradan qaldırılması, həmçinin torpaqların meliorativ və ətraf ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün sözügedən kanalın yenidən qurulması tələb olunur”.
Sərəncama əsasən, Qarabağ zonası və ona yaxın ərazilərdə su təchizatı infrastrukturunun müasirləşdirilməsi, su itkilərinin azaldılması və meliorasiya olunmuş torpaq sahələrinin genişləndirilməsi məqsədilə Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandırılacaq.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağ suvarma kanalının yenidən qurulması üçün texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq tədbirlər görəcək.
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Fövqəladə Hallar nazirlikləri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mingəçevir və Yevlax şəhər icra hakimiyyətləri, Goranboy, Bərdə, Tərtər, Ağcabədi, Ağdam, Beyləqan və İmişli rayon icra hakimiyyətləri, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Qarabağ suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasından irəli gələn məsələlərin həlli ilə bağlı zəruri tədbirlər görəcəklər.
“Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyaya bu Sərəncamla nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsi məsələlərini həll etmək tapşırılıb.
Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi suvarma kanalının yenidən qurulması üzrə texniki-iqtisadi əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanması işlərinin cari və növbəti illərdə maliyyələşdirilməsi üçün aidiyyəti üzrə zəruri tədbirlər görəcəklər.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
-
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
-
ŞAHİN HƏSƏNQULU OĞLU ABBASOV : FƏDAKAR XİDMƏTİN PARLAQ NÜMUNƏSİ
-
BİZ HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – BAHADUR MÜƏLLİM
-
Prezidentin Protokol Xidməti üçün vahid indeks müəyyənləşib
-
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar: Tarixi Əbu-Dabi görüşü – TƏHLİL