gundemkocaeli.net
Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan İLK AÇIQLAMA » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
Prezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”

Prezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyas
Ana Sayfa Gündəm 11.02.2025 11 Görüntüleme

Rusiyaya işləməkdə ittiham edilən Elmar Məmmədyarovdan İLK AÇIQLAMA

“Məni Rusiyaya işləməkdə ittiham etmək çox gülməlidir. Elmar Məmmədyarov 5 ildir vəzifədə deyil, görünür, ona görə də məni belə yolla yada salırlar”.

 

Bunu Teleqraf-a açıqlamasında Rusiyanın Azərbaycandakı şəbəkəsinin üzvü olduğu iddia edilən sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

 

O bildirib ki, bu ittihamın heç bir əsası yoxdur:

 

“Hansısa məmurların qarnı ağrıyır, çünki Elmar Məmmədyarov yenə gündəmdədir. Gün ərzində 20 jurnalistə müsahibə verirəm, həmin adamlar bundan narahatdırlar. Məni Moskva ilə əlaqələndirmək üçün heç hir tutarlı səbəb və əsas yoxdur. Mən həm Ukrayna, həm Rusiya, həm də ABŞ-da təhsil almışam. Bu o deməkdir ki, məni bu ölkələrin agenti adlandırmalıdırlar?!”.

 

Qeyd edək ki, “Qafqazinfo” fevralın 10-da Rusiyanın Azərbaycandakı şəbəkəsinin ifşa olunması barədə xəbər yayıb. İddiaya görə, şəbəkəyə hamının yaxşı tanıdığı, Prezident Administrasiyasının keçmiş rəhbəri, özünü “boz kardinal” statusunda görən Ramiz Mehdiyev rəhbərlik edib. Qrupa, həmçinin sabiq nazirlər Əbülfəz Qarayev, Azad Rəhimov, Elmar Məmmədyarov daxil olublar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov da ara-sıra bu məclislərdə görünüb.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Tema Tasarım | Osgaka.com