
Hikmət Hacıyev: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər
Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün imkan var.Zakir Həsənov türkiyəli nümayəndə heyəti ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb.
Cari ilin 29-30 may tarixlərində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfərindən məmnunluq ifadə edən general-polkovnik Z.Həsənov Türkiyədə keçirilən “EFES – 2024” çoxmillətli təliminin təşkilatçılığını, eləcə də hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.
General-polkovnik İ.Günaydın isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub. Hər iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi baxımından bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlmaraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
Vatikanda Mehriban Əliyevanın iştirakı ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışı olub – FOTO
-
Prezident İlham Əliyev Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə paylaşım edib
-
Prezident bir qrup dəmir yolu işçisini təltif edib – SİYAHI
-
BÖYÜK ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV YOLUNA DAİM SADİQİK – MƏRHƏMƏT QURBANOV
-
DAHİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ OLAN SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – MÖVLAYEV PƏRVİZ ƏMİRXAN OĞLU
-
Azərbaycan Prezidenti: Hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir