Prezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar PartiyasDAHİ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEVƏ OLAN SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – YAHYAYEV MAHİR RƏHİM OĞLU
Yaşayıb – yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.
Deməli, Allahın bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.
Əziz oxucular !
Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən – Ağdam rayon Ergi qəsəbəsində fəaliyyət göstərən Stomatoloq Həkim , Xalqa vicdanla xidmət edən Yahyayev Mahir Rəhim oğlu barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.
Ağdam rayonunda xeyirxah işlər görən Mahir Yahyayev ilk öncə qeyd edək ki , qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim onun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərir . Onların heç bir müraciətini geri çevirməyən bu insan səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazır olubdur .
Ağdam rayonunda öz peşəsinin müqəddəsliyinə sadiq qalan Mahir Yahyayev həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır.
Gənc olmasına baxmayaraq , yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Mahir Yahyayevin həyat kredosudur. Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.
Mahir Yahyayev çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.
Mübaliğəsiz demək olar ki, Mahir Yahyayev xeyirxah insandır və ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır.
Çalışdığı vaxtlarından bugünə qədər Mahir Yahyayev yalnız bir yolla addımlayır –
BÖYÜK HEYDƏR ƏLİYEV yolu ilə . O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.
Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, fəaliyyət göstərdiyi rayonda ziyalı adını qoruyub saxlayan Mahir Yahyayevə biz də uğurlar diləyirik . Xalq üçün , Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Ağdam rayonunda və Ergi qəsəbəsində Xeyirxah əməlləri ilə tanınan Mahir Yahyayev öz peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli peşəyə yiyələnən bu insan öz işinin müqəddəsliyini qoruyub saxlayır və kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Xeyriyyəçilik işləri ilə tanınan Mahir Yahyayev – ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İLHAM ƏLİYEVƏ , Dövlətə və Dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Mahir Yahyayev – Böyük müəllimi və idealı olan HEYDƏR ƏLİYEV kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Həmçinin o, öz yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Mahir həkimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir . O, insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır.
Mahir Yahyayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir və bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır . Həmçinin Ona etibar edilən bütün işlərdə daim özünü doğruldur!
BİZDƏ REDAKSİYA HEYYƏTİ ADINDAN YAHYAYEV MAHİR RƏHİM OĞLUNA DÖVLƏTƏ , DÖVLƏTÇİLİYƏ VƏ XALQIMIZA ETDİYİ ŞƏRƏFLİ XİDMƏTİNDƏ YENİ – YENİ UĞURLAR VƏ BAŞARILAR DİLƏYİRİK !
DİREKTOR : V. İ. ABBASOV
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
DAHİ ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEVƏ OLAN SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – YAHYAYEV MAHİR RƏHİM OĞLU
-
Baş nazir Əli Əsədov sənaye məhəllələri ilə bağlı yeni qərar imzalayıb
-
Hikmət Hacıyev Niderland səfiri ilə görüşüb
-
Türkiyədən gələn nümayəndə heyəti Hikmət Hacıyevlə görüşüb
-
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib
-
Prezident İlham Əliyevlə Bruney Sultanı arasında məktub mübadiləsi olub

