
ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ OLAN SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – RAMİN MUSAYEV
Yaşayıb – yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nPrezident İlham Əliyevin Kopenhagen səfəri: Azərbaycanın çoxvektorlu diplomatiyasının parlaq təzahürü – TƏHLİL
Oktyabrın 2-də Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı qlobal siyasi gündəlikdə mühüm yer tutan təhlükəsizlik, enerji və əməkdaşlıq məsələlərinin müzakirəsi üçün strateji platforma rolunu oynadı. Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin Avropa siyasi proseslərində artan rolunun və beynəlxalq diplomatik fəallığının növbəti təzahürünə çevrildi. Prezidentin bu səfəri təkcə iştirak xarakteri daşımadı, həm də Azərbaycan diplomatiyasının sülh, əməkdaşlıq və strateji tərəfdaşlıq xəttinin aydın şəkildə nümayişinə xidmət etdi.
Çoxşaxəli beynəlxalq görüşlər və əməkdaşlıq istiqamətləri
Kopenhagen Zirvəsi çərçivəsində Prezident İlham Əliyevin bir sıra ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın həm regional, həm də qlobal miqyasda çoxşaxəli əlaqələr qurmaq strategiyasının bariz nümunəsi oldu. Görüşlərdə əsas diqqət regional sülh prosesinə dəstək, Avropa enerji təhlükəsizliyində Azərbaycanın rolu, ikitərəfli iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi kimi məsələlərə yönəlib.
Səfər çərçivəsində keçirilən görüşlərin əsas istiqamətlərindən biri regional sülh prosesinin təşviqi oldu. Prezident İlham Əliyevin Fransa, Ermənistan və digər tərəfdaş ölkələrin liderləri ilə apardığı danışıqlar, Vaşinqtonda əldə olunmuş Sülh Bəyannaməsinə verilən dəstək, Avropa siyasi mərkəzlərinin Azərbaycanın sülh gündəliyini qəbul etdiyini və bu prosesi regional sabitlik üçün zəruri şərt kimi dəyərləndirdiyini nümayiş etdirdi. Ermənistanla aparılan birbaşa dialoqlar və Avropa ölkələrinin bu prosesə verdiyi siyasi qiymət Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqlədi.
İqtisadi diplomatiya və yeni tərəfdaşlıq imkanları
Bununla yanaşı, səfər çərçivəsində Avropa enerji təhlükəsizliyi məsələləri xüsusi yer tutdu. Prezident İlham Əliyevin Avropa İttifaqının liderləri və İtaliya Baş naziri ilə apardığı müzakirələrdə Azərbaycanın Avropaya enerji tədarükündə etibarlı tərəfdaş və strateji oyunçu kimi rolu ön plana çıxdı. 2022-ci ildə imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq bəyannaməsi əsasında qaz ixracının artırılması və 2027-ci ilə qədər həcmlərin 20 milyard kubmetrə çatdırılması istiqamətində Azərbaycanın öhdəliklərini uğurla yerinə yetirməsi Avropa siyasi elitası tərəfindən yüksək qiymətləndirildi. Bu, Azərbaycanın təkcə enerji ixracatçısı deyil, həm də qitənin sabitlik və təhlükəsizlik sisteminin ayrılmaz tərkib hissəsi kimi qəbul edildiyini göstərdi.
Eyni zamanda, keçirilən görüşlərdə iqtisadi tərəfdaşlıqların şaxələndirilməsi və yeni investisiya imkanlarının araşdırılması məsələləri də önə çıxdı. Niderland, İtaliya və digər ölkələrin liderləri ilə aparılan danışıqlarda gəmiçilik, kənd təsərrüfatı, sənaye, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində konkret perspektivlər müəyyən olundu. Bu, Azərbaycanın xarici siyasətində iqtisadi diplomatiyanın prioritet istiqamət kimi önəm daşıdığını və ölkəmizin Avropa iqtisadi sisteminə inteqrasiyanın yeni mərhələsinə qədəm qoyduğunu göstərir.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
Vatikanda Mehriban Əliyevanın iştirakı ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışı olub – FOTO
-
Prezident İlham Əliyev Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə paylaşım edib
-
Prezident bir qrup dəmir yolu işçisini təltif edib – SİYAHI
-
BÖYÜK ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV YOLUNA DAİM SADİQİK – MƏRHƏMƏT QURBANOV
-
DAHİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ OLAN SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – MÖVLAYEV PƏRVİZ ƏMİRXAN OĞLU
-
Azərbaycan Prezidenti: Hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir