gundemkocaeli.net
BİZ BÖYÜK HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – ELMDAR MƏMMƏDOV » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
Prezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”

Prezident İlham Əliyev: “Donald Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyas
Ana Sayfa Gündəm 18.07.2025 94 Görüntüleme

BİZ BÖYÜK HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – ELMDAR MƏMMƏDOV

  Yaşayıb – yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, Allahın  bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Əziz oxucular !

Sizə  çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən –  Masallı  rayon  Viləş qəsəbə İşadamı Sahibkar Məmmədov Elmidar Vaqif oğlu  barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Masallı   rayonunda yüksək işlər görən  Elmidar müəllim ilk öncə qeyd edək ki ,  qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim  onun  diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərir .  Onların heç bir müraciətini geri çevirməyən bu insan  səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazır olubdur .

Masallı  rayon Viləş qəsəbəsində öz  peşəsinin müqəddəsliyinə  sadiq qalan Elmidar Məmmədov həmişə gələcəyə inamla baxan, qarşıya qoyduğu məqsədə çatmaq üçün yorulmaq bilmədən çalışan insandır. Yüksək pillələrə qalxmaq, orda qərar tutmaq, daha səlahiyyətli söz demək qabiliyyətinə malik olmaq üçün bu yolla dözümlük və səbr göstərmək Elmidar Məmmədov həyat kredosudur.  Onun bir xüsusiyyətini xüsusi vurğulamaq istəyirik: o, həmişə işin ağır tərəfindən yapışanlardan olub.

Elmidar  müəllim çalışdığı bütün sahələrdə ilk gündən çox yaxından, olduqca fəal və layaqətlə iştirak etmişdir. Savadı, mədəniyyəti, yüksək əxlaqi keyfiyyətləri, böyük-kiçik yerini bilməsi ona kollektivdə və ictimaiyyət arasında həmişə hörmət və başucalığı gətirmişdir.

Mübaliğəsiz demək olar ki, Elmidar Məmmədov  xeyirxah insandır və ilk qədəmlərindən fəal ictimaiyyətçi, Vətənini, xalqını qəlbən sevən və ona xidmət etməyi özünə müqəddəs borc bilən bir ziyalıdır.

Çalışdığı vaxtlarından  bugünə qədər Elmidar Məmmədov   yalnız bir yolla addımlayır –

BÖYÜK HEYDƏR ƏLİYEV yolu ilə . O, bu yolda çox geniş, məqsədyönlü, saf qəlblə, ürəklə fəaliyyət göstərmişdir, bu gün də göstərir, sabah da göstərəcəkdir.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana , Masallı rayonunda  ziyalı adını qoruyub saxlayan Elmidar  müəllimə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Masallı rayonunda Xeyirxah əməlləri ilə tanınan Elmidar Məmmədov  öz peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən bu insan öz işinin müqəddəsliyini qoruyub saxlayır və kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Xeyriyyəçilik işləri ilə tanınan Elmidar Məmmədov   –  ULU ÖNDƏR   HEYDƏR  ƏLİYEVİN  siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İLHAM ƏLİYEVƏ , Dövlətə  və Dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Elmidar Məmmədov   – Böyük müəllimi və idealı olan HEYDƏR ƏLİYEV  kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Həmçinin  o,  öz  yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Elmidar Məmmədovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir .  O,  insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır.  Elmidar müəllim  bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir  və bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır . Həmçinin  Ona etibar edilən bütün işlərdə daim  özünü doğruldur!

BİZDƏ MASALLI  RAYON VİLƏŞ  QƏSƏBƏSİNİN  İŞ ADAMI XEYRİYYƏÇİ İNSAN  ELMİDAR  VAQİF OĞLU MƏMMƏDOV  DÖVLƏTİMİZƏ VƏ XALQIMIZA ETDİYİ ŞƏRƏFLİ  XİDMƏTİNDƏ  YENİ – YENİ UĞURLAR VƏ  BAŞARILAR  DİLƏYİRİK !

DİREKTOR :   V. İ. ABBASOV

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Tema Tasarım | Osgaka.com