gundemkocaeli.net
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
ÜMUMMİLLİ LİDERİMİZ  HEYDƏR ƏLİYEVƏ OLAN  SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – RAMİN MUSAYEV

ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ OLAN SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – RAMİN MUSAYEV

  Yaşayıb – yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə n
Ana Sayfa Gündəm, Siyasət 14.07.2025 52 Görüntüleme

Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Zati-aliləri cənab Yakov Milatoviçə məktub ünvanlayıb.

 

APA xəbər verir ki, məktubda yazılıb:

 

“Hörmətli cənab Prezident,

 

Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

 

Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız məmnunluq doğurur.

 

Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərmayə qoyuluşu və digər istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.

 

Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq birgə səylərimizlə ölkələrimiz arasında dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız bundan sonra da dinamik inkişaf edəcək və daha da dərinləşəcəkdir.

 

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monteneqro xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Maraqınızı çəkə bilər

Atışma oldu, iki polis öldü

Atışma oldu, iki polis öldü

Tema Tasarım | Osgaka.com