gundemkocaeli.net
Hikmət Hacıyev: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

İyunun 14-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezident
Ana Sayfa Cəmiyyət, Gündəm, Siyasət 20.06.2025 24 Görüntüleme

Hikmət Hacıyev: Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatdırıla bilər

Azərbaycan-ABŞ münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün imkan var.

 

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi strateji keçid?” mövzusunda keçirilən paneldə danışıb.

 

O qeyd edib ki, ABŞ-nin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyi müşahidə edilir:

 

“Hazırkı ABŞ administrasiyası ilə biz ikitərəfli münasibətləri tamamilə yeni səviyyəyə çatdırmaq üçün böyük fürsət görürük və düşünürük ki, bu əlaqələri hətta strateji tərəfdaşlıq nöqtəsinə çatdırmaq imkanı var. Çox təəssüf ki, Bayden administrasiyası ilə bizim ünsiyyətimiz alınmadı və onlardan hər hansı bir strateji regional mövqe nümayişi görmədik. Lakin indiki administrasiya ilə qarşılıqlı təşviq istəyini görürük”.

 

Prezidentin köməkçisi vurğulayıb ki, Donald Trampın ilk prezidentliyi dövründə onun iştirakı Trans-Adriatik Boru Kəmərinin (TAP) uğurunu təmin edib:

 

“Onun iştirakı, siyasi vurğusu həmin layihəni reallığa çevirdi və biz buna görə ona çox minnətdarıq. TAP hazırda Avropa enerji təhlükəsizliyinə səmərəli töhfə verir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan öz təbii qazını 12 ölkəyə ixrac edir və onlardan 10-u Avropa dövlətidir. Biz münasibətlərimizin coğrafiyasını daha da genişləndirməyi səbirsizliklə gözləyirik”.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Tema Tasarım | Osgaka.com