gundemkocaeli.net
Biləsuvarda Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Ərdoğanı təbrik edib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb. &nb
Ana Sayfa Cəmiyyət, Gündəm 20.06.2025 23 Görüntüleme

Biləsuvarda Aprel döyüşləri şəhidlərinin xatirəsi anılıb

Biləsuvarda Aprel döyüşləri şəhidlərinin əziz xatirəsi anılıb.

 

“Report”un Muğan bürosunun məlumatına görə, Aprel döyüşlərində 3 biləsuvarlı – Hüseyn Dəmirli, Fəraim Novruzov, Murad Məmmədov şəhidlik zirvəsinə ucalıb.

 

Şəhidlərin məzarları ictimaiyyət nümayəndələri və şəhid yaxınları tərəfindən ziyarət olunub. Onların qəhrəmanlıq yollarından geniş söhbət açılıb.

 

Şəhid Dəmirli Hüseyn Zeynal oğlu 4 avqust 1993-cü ildə Biləsuvar şəhərində anadan olub. 1999-2011-ci ildə Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirib. 2011-ci il oktyabrın 6-da Biləsuvar rayonunun Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Hüseyn Dəmirli nümunəvi əsgər kimi hərbi hissə rəhbərliyi tərəfindən bir neçə dəfə fəxri fərmanla təltif edilib. 2013-cü ildə hərbi xidmətini başa vursa da, 2014-cü ildə yenidən könüllü olaraq Beyləqan rayonunda yerləşən “N” saylı hissədə xidmətə başlayıb. Kiçik çavuş Dəmirli Hüseyn 2016-cı ilin aprel ayının 2-də təmas xəttində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına şəhid olub. Şəhidimiz subay idi. Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

 

Şəhid Novruzov Fəraim Nadir oğlu 1996-cı ildə Biləsuvar rayonunun Səmədabad kəndində anadan olub. 2000-2011-ci illərdə Səmədabad kənd tam orta məktəbində təhsil alıb. F.Novruzov 2 aprel 2016-cı ildə təmas xəttində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn edilib. Ölümündən sonra Fəraim Novruzov göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

 

Şəhid Məmmədov Murad Vaqif oğlu 1989-cu ildə Biləsuvar şəhərində anadan olub. Biləsuvar şəhər 4 saylı tam orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətə başlayıb. Xidmətini başa vurduqdan sonra Murad da könüllü olaraq xidmətini Milli Orduda davam etdirib. 3 aprel 2016-cı ildə təmas xəttində baş vermiş hərbi münaqişə zamanı qəhrəmancasına həlak olub və Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Şəhidimiz subay idi. Murad Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin sərəncamı ilə “Hərbi Xidmətdə Fərqlənməyə Görə” III dərəcəli medalı ilə təltif edilib.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Tema Tasarım | Osgaka.com