
Hikmət Hacıyev İranda keçirdiyi görüşlərlə bağlı paylaşımlar edib
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin mü“APA Jurnalist Məktəbi”nin ilk məzunlarına sertifikatlar təqdim olunub
“APA Media Group”un layihəsi olan “APA Jurnalist Məktəbi” layihəsinin ilk məzunlarına sertifikatlar təqdim edilib.
Vüsalə Mahirqızı: APA Jurnalist Məktəbi davam edəcək
Bununla bağlı təşkil olunmuş tədbirdə çıxış edən “APA Media Group”un Baş direktoru Vüsalə Mahirqızı deyib ki, bu gün 20 məzuna sertifikatlar təqdim olunacaq.
“Bu üç aylıq müddətdə bizim məqsədimiz peşəkar, operativ, yeni media standartları ilə işləməyi bacaran jurnalist hazırlamaq üçün ilk addımı atmaq idi. Əlbəttə, jurnalist illərlə topladığı təcrübə, xəbər bazası ilə peşəkarlaşır. Lakin ilk addımların doğru yerdə atılması, doğru təcrübə imkanları jurnalist, xüsusilə xəbər jurnalisti üçün çox vacibdir. Bu, əksər halda jurnalistin sonrakı inkişafını müəyyən edən addım olur”, – Vüsalə Mahirqızı qeyd edib.
Baş direktor bildirib ki, layihədə iştirak edən 20 iştirakçıdan 5-i artıq “APA Media Group”un strukturlarında, iki nəfər isə başqa media orqanlarında işə başlayıb: “Bu bizi çox sevindirir. Əminəm ki, bu layihənin məzunlarını tezliklə müxtəlif televiziya, radio kanallarında, agentlik və saytlarda görəcəyik”.
Vüsalə Mahirqızı “APA Jurnalist Məktəbi”nin rəhbəri Qabil Abbasoğluna təşəkkürünü bildirib: “Qabil Abbasoğlu təcrübəli jurnalist kimi bu işin təşkilində çox böyük əziyyət çəkdi. Eyni zamanda təcrübəli telejurnalist İlqar Əlfi televiziya işinin təşkili və telejurnalistika ilə bağlı təcrübələrini bölüşdü. Təlimlərdə dəyərli jurnalistlər, yazıçılar təlim iştirakçıları ilə görüşüb, öz təcrübələrini bölüşdülər. “APA Media Group” olaraq biz onların hamısına minnətdarıq”.
Baş direktor aprel ayında “APA Jurnalist Məktəbi”nin növbəti təlimlərə başlayacağını da elan edib: “Biz davam edəcəyik. Növbəti məzunlar olacaq. Ümid edirəm ki, bu məktəb yüzlərlə məzunu ilə tanınacaq”.
Qabil Abbasoğlu: APA və mən həmişə sizə dəstək olmağa hazırıq
“APA Jurnalist Məktəbi”nin rəhbəri Qabil Abbasoğlu məzunları təbrik edib: “Bu üç aylıq müddətdə davam etdiniz, deməli, bu layihə həm də sizin üçün maraqlı idi. APA və mən həmişə sizə dəstək olmağa hazırıq”.
Qabil Abbasoğlu jurnalistikanın çətin peşə olduğunu bir daha xatırladıb: “Bu layihə mənim üçün ilk müəllim təcrübəsi idi. Burda sizinlə birlikdə öyrəndik, müzakirə etdik, layihələr üzərində işlədik. Maraqlı təlimlərimiz, qonaqlarımız oldu. Bilirəm ki, bu təcrübə fəaliyyətinizdə sizə həmişə lazım olacaq. Həmişə öyrənməyə çalışın, bu, jurnalist üçün çox vacibdir”.
Məzunlara tövsiyə: Daim öyrənin, araşdırın, mütaliə edin
“APA Jurnalist Məktəbi”nin təlimçisi, telejurnalist Ilqar Əlfi də çıxışında məzunları təbrik edib: “Burda iştirak edən hər bir gənc bizim övladımızdır və mən də həmişə sizə dəstək olmağa hazıram. Jurnalist üçün vacib mühüm bir xüsusiyyəti daşımağı tövsiyə edirəm. Bu parlaq peşədə nəfsinə hakim ola bilmək çox vacibdir. Onu bacaranlar həmişə var olur”.
Bahəddin Həziyev: Bu cür məktəbi yaratmaq APA-nın haqqıdır
“Bizim yol” qəzetinin Baş redaktoru, təlimlərdə iştirakçılara ustad dərsi keçmiş Bahəddin Həziyev belə bir məktəbin yaradılmasından məmnun olduğunu deyib: “APA öz dəsti-xətti ilə onsuz da məktəbdir. APA-da onlarla imza yetişib, bu cür məktəbi yaratmaq APA-nın haqqıdır”.
Bahəddin Həziyev bildirib ki, bu gün təhsilin əsas hədəfi öyrənməyi öyrətmək olmalıdır: “Əgər öyrənəcəyin mənbəni bilirsənsə, öyrənmək həmişə mümkündü və əlçatandı. Burda Sizə öyrənməyin, araşdırmağın yolları barədə danışıldı”.
Bahəddin Həziyev məzunlara uğurlar arzulayıb, gələcək təlimlərdə də iştirak edəcəyini bildirib.
Şərif Ağayar: Öyrənməyə burdan başladığınıza görə peşman olmayacaqsınız
Jurnalist məktəbində ustad dərsi keçmiş, redaktənin sirlərini öyrətmiş yazıçı Şərif Ağayar da məzunları təbrik edib: “Mən əminəm ki, siz gələcəkdə yolunuzun APA-dan düşdüyünə, öyrənməyə məhz burdan başladığınıza görə peşman olmayacaqsınız” deyən Şərif Ağayar bildirib ki, burda xəbər mühiti, peşəkar və sistemli xəbər işi var”.
“Bu sistemli iş də uğurlu nəticə yaradır” deyən yazıçı məktəbin məzunlarına uğur arzu edib.
Könül Cəfərli: Hər bir gənc jurnalistə yolunun APA-dan keçməsini arzu edirəm
Məzunlara telejurnalistika mövzusunda təlim keçmiş jurnalist Könül Cəfərli bu məktəbdə olmaqdan məmnunluğunu ifadə edib: “Hər bir gənc jurnalistə yolunun APA-dan keçməsini arzu edirəm. Bunu sizə, sadəcə, bir təlimçi kimi yox, həm də bu məktəbdən keçmiş biri kimi deyirəm.APA-da jurnalistin inkişafı üçün olan şərait, özünü ifadə etməyinə tanınan imkanı çox az yerdə tapmaq olur” .
Rövşanə Ağasəfqızı: Burda iştirak edən gəncləri çox parlaq gördüm
Telejurnalist Rövşanə Ağasəfqızı da çıxışında gəncləri təbrik edib:
“Mənim üçün yenidən gənclərlə bir arada işləmək çox xoş oldu. Burda iştirak edən gəncləri çox parlaq gördüm. Hər birinizə karyeranızda uğurlar arzulayıram”.
Rövşanə Ağasəfqızı məzunlara çox oxumağı, mütaliə etməyi, daim axtarışda olmağı, araşdırmağı tövsiyə edib.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
-
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
-
ŞAHİN HƏSƏNQULU OĞLU ABBASOV : FƏDAKAR XİDMƏTİN PARLAQ NÜMUNƏSİ
-
BİZ HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – BAHADUR MÜƏLLİM
-
Prezidentin Protokol Xidməti üçün vahid indeks müəyyənləşib
-
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar: Tarixi Əbu-Dabi görüşü – TƏHLİL