
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti RəcəbPrezident İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar.
APA xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına və birinci xanıma layihə barədə məlumat veriblər.
Ətraflı
Bildirilib ki, Əsgəran qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.
Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır.
Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunan XVIII əsrə aid Əsgəran qalası Azərbaycan memarlığının nadir nümunələrindəndir.
Qeyd edək ki, Azərbaycan dövləti xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir. Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən dağıdılan, məhv edilən irsimiz, o cümlədən tarixi, dini abidələrimiz bu gün dövlətimizin tərəfindən təmir-bərpa edilir, yenidən qurulur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu işlərə mühüm töhfə verir. Fond tərəfindən bu istiqamətdə aparılan işlərə Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin Şuşada yenidən qurulmasını, eyni zamanda, Mehmandarovların malikanə kompleksinin təmirini, Zəngilan məscidinin tikilməsini, Ağdam Cümə məscidinin bərpasını və s. misal göstərmək olar. Bütün bu işlər, eyni zamanda, bölgənin turizm potensialının inkişafına müsbət təsir göstərir. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
-
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
-
ŞAHİN HƏSƏNQULU OĞLU ABBASOV : FƏDAKAR XİDMƏTİN PARLAQ NÜMUNƏSİ
-
BİZ HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – BAHADUR MÜƏLLİM
-
Prezidentin Protokol Xidməti üçün vahid indeks müəyyənləşib
-
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar: Tarixi Əbu-Dabi görüşü – TƏHLİL