
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
İyulun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti RəcəbPrezident İlham Əliyev Vuçiçə təbrik məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçə təbrik məktubu göndərib.
APA xəbər verir ki, məktubda deyilir:
“Serbiya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Serbiya uzun illərdən bəri yaxın dost və etibarlı strateji tərəfdaşdılar. Yüksək səviyyəli siyasi dialoqumuz və yeni məzmunla zənginləşən əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahına töhfələr verməklə yanaşı, Qafqaz və Balkan regionları arasında əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.
Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz məmnunluq doğurur. Mövcud imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimizin daha da inkişafına, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə nail ola bilərik.
Əminəm ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
-
Prezident İlham Əliyev Monteneqronun Prezidentini təbrik edib
-
ŞAHİN HƏSƏNQULU OĞLU ABBASOV : FƏDAKAR XİDMƏTİN PARLAQ NÜMUNƏSİ
-
BİZ HEYDƏR ƏLİYEV YOLUNA SADİQİK – BAHADUR MÜƏLLİM
-
Prezidentin Protokol Xidməti üçün vahid indeks müəyyənləşib
-
Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqlar: Tarixi Əbu-Dabi görüşü – TƏHLİL