
2023-cü il dövlət büdcəsinin icrasına dair qanun layihəsi birinci oxunuşda qəbul edilib
Bu gün Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haİlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb.
President.az xəbər verir ki, məktubda deyilir:
“15 İyul hadisələrinin səkkizinci ildönümündə dövlət çevrilişi cəhdinin qarşısının alınması yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, ailələrinə və bütün Türkiyə xalqına dərin hüznlə başsağlığı verirəm.
Qardaş Türkiyənin qan yaddaşına əbədi olaraq həkk olunmuş bu gecədə baş vermiş mənfur çevriliş cəhdi ölkənizin milli maraqlarına, demokratik əsaslarına və hüququn aliliyinə qəsd idi. Müdrik və mərd Türkiyə xalqı Vətən, dövlətçilik və demokratiya uğrunda qətiyyətlə mübarizə apararaq və sinəsini sipər edərək növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu hadisələr ilə əlaqədar təsis edilmiş 15 İyul – “Demokratiya və Milli Birlik Günü” mətin xalqınızın həmrəylik, mübarizlik və milli birlik rəmzi olaraq daim yaşayacaq və əsrlər ötdükcə daha böyük qürurla xatırlanacaqdır.
Türkiyə dövlətçiliyinə qarşı yönəlmiş bu çevriliş cəhdinin dəf olunmasında və bununla da ölkənizi böyük faciələrdən xilas edilməsində şəxsən Sizin gördüyünüz təxirəsalınmaz qəti addımların və liderliyinizin xüsusi rolu olmuşdur. Xalqınız Sizin ətrafınızda sıx birləşərək dövlətinə, azadlığına və demokratiyasına sahib çıxmaqla dünyaya milli qürurunu, gücünü və sarsılmaz iradəsini bir daha sübut etdi.
Azərbaycan xalqı və dövləti ilk dəqiqələrdən bu xəyanəti şiddətlə qınamış və həmişə olduğu kimi qardaş Türkiyə dövlətinin və xalqının yanında yer almışdı. Bu bizim sevincimizi və kədərimizi birgə paylaşdığımız Türkiyəyə qardaşlıq və vəfa borcumuz idi.
Hörmətli cənab Prezident, bu yaxınlarda Sizinlə Astanada görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram. Əminəm ki, dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrini, çoxşaxəli əməkdaşlığını və strateji müttəfiqliyini genişləndirmək, dünyada bənzəri olmayan dövlətlərarası münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmaq naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Yorumlar
Yorumlar (Yorum Yapılmamış)
Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?
Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.
Benzer Galeriler
-
Vatikanda Mehriban Əliyevanın iştirakı ilə Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışı olub – FOTO
-
Prezident İlham Əliyev Füzulinin işğaldan azad olunmasının ildönümü münasibətilə paylaşım edib
-
Prezident bir qrup dəmir yolu işçisini təltif edib – SİYAHI
-
BÖYÜK ŞƏXSİYYƏT HEYDƏR ƏLİYEV YOLUNA DAİM SADİQİK – MƏRHƏMƏT QURBANOV
-
DAHİ LİDERİMİZ HEYDƏR ƏLİYEVƏ OLAN SEVGİ QƏLBDƏN GƏLMƏLİDİR – MÖVLAYEV PƏRVİZ ƏMİRXAN OĞLU
-
Azərbaycan Prezidenti: Hüquqi dövlət quruculuğu dövlət siyasətimizin strateji prioritetlərindən biridir