gundemkocaeli.net
Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu » Sehidlikugrunda.xyz|Xeber Portali Bir başka WordPress sitesi
Osgaka Responsive Wordpress Tema
Ağdamda mina partlayışında xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər –

Ağdamda mina partlayışında xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər –

İşğaldan azad edilən Ağdam rayonunun Əliağalı kəndi ərazisində minaya düşərək xəsarət alan şəxslər xəstəx
Ana Sayfa Gündəm 2.05.2024 19 Görüntüleme

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin Deputatlar Palatasının vitse-prezidenti Ciorcio Mule ilə görüşüb.

Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan və İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli təmaslar və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolu qeyd edilib. İqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat, kommunikasiyalar, təhsil, mədəniyyət və s. sahələr üzrə əməkdaşlığın daha da inkişafı üçün geniş perspektivlərin mövcudluğu vurğulanıb. Ölkəmizdə yaradılmaqda olan İtaliya-Azərbaycan Universitetinin təhsil sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün vacib əhəmiyyətə malik olduğu qeyd edilib.

C.Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa, quruculuq işləri, Azərbaycanla Ermənistan arasında normallaşma, sülh gündəliyi, habelə bölgədə mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Yorumlar

Yorumlar (Yorum Yapılmamış)

Yazı hakkında görüşlerinizi belirtmek istermisiniz?

Dikkat! Suç teşkil edecek, yasadışı, tehditkar, rahatsız edici, hakaret ve küfür içeren, aşağılayıcı, küçük düşürücü, kaba, pornografik, ahlaka aykırı, kişilik haklarına zarar verici ya da benzeri niteliklerde içeriklerden doğan her türlü mali, hukuki, cezai, idari sorumluluk içeriği gönderen Üye/Üyeler’e aittir.

Maraqınızı çəkə bilər

İlham Əliyev Şamil Ayrımı qəbul etdi

İlham Əliyev Şamil Ayrımı qəbul etdi

Tema Tasarım | Osgaka.com